Bakı. Trend:
İranın ABŞ-nin hərbi obyektlərinə vurduğu zərər təxminən 13 milyard dollar həcmindədir.
Bu barədə WSJ-də dərc olunan analitik məqalədə bildirilib.
Nəşrin hesablamalarına görə, zərbələr Yaxın Şərqin səkkiz ölkəsində ABŞ-yə məxsus ən azı 20 obyektə təsir edib, 42-dən çox təyyarə zədələnib və ya məhv edilib.
Pentaqon rəhbəri daha əvvəl ABŞ-nin İranla müharibəyə çəkdiyi ümumi xərcləri 37,5 milyard dollar qiymətləndirib.
İordaniyada “Müvəffəq Səlti” aviabazasına endirilən zərbə nəticəsində üç ABŞ hərbçisi həlak olub, anqarlar və digər infrastruktur obyektləri zədələnib. Nəşr daha əvvəl iki hərbçinin öldüyünü, bir nəfərin isə itkin düşdüyünü bildirib. Qətərdə ABŞ-nin Birləşmiş Hava Əməliyyatları Mərkəzi ciddi zərər görüb. Zərbələr Səudiyyə Ərəbistanında da təyyarələrə ziyan vurub və ABŞ hərbçilərinin yaralanmasına səbəb olub.
