“Abşeron” layihəsində payı olmuş şirkət Azərbaycan bazarını tərk edir

Energetika Materials 11 Avqust 2026 09:57 (UTC +04:00)
“Abşeron” layihəsində payı olmuş şirkət Azərbaycan bazarını tərk edir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Engie E and P Absheron B.V.” Məhdud Məsuliyyətli Cəmiyyətinin 9MMC) Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbai̇l rayonu, Ni̇zami̇ küçəsi, ev 90A, mənzil 90A ünvanına bildirə bilərlər.

2010-cu ildə Azərbaycanda dövlət qeydiyyatına alınan şirkət filialının qanuni təmsilçisi Çarles Muzell adlı şəxsdir.

"Engie E and P Absheron B.V.” Niderlandda qeydiyyatdan keçmiş şirkətdir. Şirkət Fransanın “ENGIE” enerji qrupunun strukturuna daxildir.

Şirkət Azərbaycanın Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənilməsi layihəsində pay sahibi olub.

ENGIE 2017-ci ildə “Abşeron” layihəsindəki iştirak payını sataraq layihədən çıxıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti