İranla bağlı danışıqlar həlledici mərhələdədir - Qətər XİN

Dünya xəbərləri Materials 11 Avqust 2026 14:59 (UTC +04:00)
İranla bağlı danışıqlar həlledici mərhələdədir - Qətər XİN
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Oman və İran arasında regionda gərginliyin azaldılması məsələləri üzrə məsləhətləşmələr həlledici mərhələdədir.

TASS-ın məlumatına görə, bunu Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

“Hazırda danışıqlar həlledici mərhələdədir və gərginliyin azaldılmasına yönəlmiş bütün təşəbbüslərdə Omandakı qardaşlarımızın səylərini yüksək qiymətləndiririk”, - deyə o, brifinq zamanı bildirib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti