İnternetdə “viral” olmuş meksikalı qatil saxlanılıb

Dünya xəbərləri Materials 11 Avqust 2026 16:33 (UTC +04:00)
İnternetdə “viral” olmuş meksikalı qatil saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Meksikada yoldan keçən təqaüdçünü qəsdən itələyərək yük maşınının altına salan şəxs saxlanılıb.

Xarici KİV-in məlumatına görə, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan və törətdiyi cinayətlə böyük ictimai qınağa tuş gələn şəxs polis tərəfindən saxlanılıb.

Hadisə Ruis Kortines prospektində baş verib. Yerli sakin olan təqaüdçü səkidə hərəkət edərkən qarşıdan gələn aqressiv şəxslə qarşılaşıb. Həmin şəxs onu çiyni ilə güclü şəkildə itələyib.

Zərbədən müvazinətini itirən yaşlı kişi yolun hərəkət hissəsinə yıxılıb və yoldan keçən yük maşınının təkərləri altında qalaraq həlak olub.

Cinayətdə şübhəli bilinən şəxsin 35 yaşlı Ektor İvan olduğu müəyyən edilib.

O, müşahidə kameralarının görüntüləri əsasında Monterrey şəhərinin mərkəzi rayonunda polis əməkdaşları tərəfindən saxlanılıb.

Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərindən narkotik maddə olduğu ehtimal edilən bir neçə paket aşkar ediblər.

Hazırda saxlanılan şəxs həbsdədir və sonrakı araşdırmaların aparılması üçün prokurorluğa təhvil verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti