Bakıda və bölgələrdə hava yağmurlu olacaq - PROQNOZ

Cəmiyyət Materials 11 Avqust 2026 12:24 (UTC +04:00)
Bakıda və bölgələrdə hava yağmurlu olacaq - PROQNOZ
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və bölgələrdə hava yağmurlu olacaq, temperatur 37°-dək yüksələcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək:

"Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 14-18° isti, gündüz 20-25° isti olacaq".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti