Tramp Ukraynaya məhdudiyyət qoyulmasını xahiş edib

Dünya xəbərləri Xəbər 14 Oktyabr 2026 10:28 (UTC +04:00)
Tramp Ukraynaya məhdudiyyət qoyulmasını xahiş edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Oktyabrın 14-nə keçən gecə Ukrayna ərazisində "Starlink" peyk rabitəsi terminallarının işinə məhdudiyyətlər tətbiq edilib. Nəticədə “bir neçə mühüm hərbi missiya” uğursuzluğa düçar olub.

Bu barədə Ukraynanın keçmiş müdafiə nazirinin müşaviri Sergey Sternenko bildirib.

Onun sözlərinə görə, terminalların hərəkət sürəti saatda 160 km-i keçdikdə rabitə kəsilməyə başlayıb. Sternenko ehtimal edib ki, “SpaceX” şirkəti ABŞ Prezidenti Donald Tramp administrasiyasının müraciəti əsasında məhdudiyyətlər tətbiq edib.

“Adi peyk rabitəsi terminalları işləyir”, – deyə o qeyd edib.

Sternenko, həmçinin Ağ Ev rəhbərinin “Ukraynanın müdafiə qabiliyyətinə zərbə vurmaq üçün istənilən fürsəti axtardığını və bu imkandan istifadə etdiyini" iddia edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti