Mirziyoyev Bakıda AQEM sammitində iştirak edəcək

Siyasət Xəbər 13 Oktyabr 2026 18:26 (UTC +04:00)
Mirziyoyev Bakıda AQEM sammitində iştirak edəcək
Nilcan Baxşəliyeva
Nilcan Baxşəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeddinci sammitində iştirak etmək üçün Bakıya səfər edəcək.

Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilib.

Sammitdə region ölkələrinin liderləri Asiyada təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafı məsələlərini müzakirə edəcəklər.

Sammitə Azərbaycan sədrlik edəcək. Tədbirdə əsas diqqət qitədə etimadın, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, həmçinin AQEM-in institusional inkişafının davam etdirilməsinə yönəldiləcək.

İştirakçılar, həmçinin nəqliyyat əlaqələri, rəqəmsallaşma və dayanıqlı iqtisadi artım sahələrində praktiki əməkdaşlıq məsələlərini müzakirə edəcək, əsas regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Sammitin yekununda Bakı Bəyannaməsinin və təşkilatın rolunun gücləndirilməsinə, fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş qərarlar paketinin qəbul ediləcəyi gözlənilir.

AQEM 1992-ci ildə Qazaxıstanın təşəbbüsü ilə Asiyada dialoqun və əməkdaşlığın təşviqi, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə çoxtərəfli forum kimi yaradılıb. Hazırda təşkilat 28 üzv dövlətdən ibarətdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti