Bolqarıstan sahillərində 8 Azərbaycan vətəndaşının olduğu gəmi hücuma məruz qalıb

Dünya xəbərləri Xəbər 13 Oktyabr 2026 10:48 (UTC +04:00)
Bolqarıstan sahillərində 8 Azərbaycan vətəndaşının olduğu gəmi hücuma məruz qalıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstanın Byala şəhəri yaxınlığında yük gəmisinə dron hücumu nəticəsində 6 dənizçi yaralanıb. Gəmidə olan 15 nəfərin hamısı təxliyə edilib.

Novinite.com xəbər verir ki, bu barədə Varna vilayətinin qubernatoru Mario Smarkov bildirib.

Onun sözlərinə görə, Chelsea 3 adlı gəminin heyətində 7 Ukrayna və 8 Azərbaycan vətəndaşı olub.

Yaralanan dənizçilərdən 5-nin xəsarətləri yüngül olub. Digər dənizçi isə yanıq xəsarətləri alaraq Varnadakı Hərbi Tibb Akademiyasına yerləşdirilib. Daha əvvəl yaralananlardan birinin başından ciddi xəsarət aldığı da bildirilib.

Smarkovun sözlərinə görə, hadisə ilə bağlı məlumat gecə saat 02:00 radələrində daxil olub. Sərhəd Polisinin patrul gəmisi heyəti təxliyə edərək təxminən saat 02:30-da Varna Dəniz Terminalına çatdırıb.

Qubernator bütün dənizçilərin xilas edildiyini və ağır xəsarət alanların olmadığını bildirib.

Məlumata görə, Chelsea 3 Türkiyədən Moldovaya yük daşımadan hərəkət edirmiş. Gəmi əvvəlki səfərində Ukraynadan Türkiyəyə taxıl aparıb və yükünü boşaltdıqdan sonra geri qayıdırmış.

Xatırladaq ki, bundan başqa, Krapets yaxınlığında ikinci gəminin batdığı bildirilir. İlkin məlumata görə, həmin hadisə zamanı azı 4 nəfər xilas edilib. Batmış gəmidə olan digər şəxslərin taleyi barədə məlumat hələ tam deyil.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti