Cənubi Qafqazda ən ucuz yanacaq Azərbaycandadır - REYTİNQ

Dünya xəbərləri Xəbər 12 Oktyabr 2026 12:22 (UTC +04:00)
Cənubi Qafqazda ən ucuz yanacaq Azərbaycandadır - REYTİNQ
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

“Numbeo” portalı dünya ölkələrinin benzin qiymətləri üzrə reytinq cədvəlini dərc edib.

Reytinq cədvəlində Azərbaycan ən əlçatan yanacaq qiymətləri olan ölkələr sırasında yer alır.

Portalın məlumatlarına əsasən, Azərbaycanda benzinin bir litrinin orta qiyməti 0,67 dollar təşkil edir. Bu göstərici ilə Azərbaycan qiymətin münasibliyi baxımından qonşu dövələtlər - Ermənistan və Gürcüstanı qabaqlayır.

Qeyd edək ki, Gürcüstanda benzinin bir litri 1,40 dollar, Ermənistanda isə bir litr benzinin qiyməti 1,57 dollar təşkil edir.

Dünya üzrə ən yüksək benzin qiyməti Honkonqda qeydə alınıb – litri 3,99 dollar. Ən aşağı göstərici isə İranda müşahidə olunur – bir litr benzin 0,29 dollara satılır.

Xatırladaq ki, son aylarda qlobal enerji bazarında qiymət dəyişkənliyinin əsas səbəblərindən biri Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artmasıdır. ABŞ ilə İran arasında münaqişə, Hörmüz boğazında neft daşımalarına yaranan məhdudiyyətlər və Babül- Məndəb boğazı ətrafındakı təhlükəsizlik riskləri qlobal neft təchizatında fasilələr ehtimalını artırıb. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, 2026-cı ilin üçüncü rübündə Yaxın Şərqdə davam edən münaqişə fonunda xam neftin və neft məhsullarının qiymətləri ümumilikdə yüksəlib. Bu marşrutlarda daşımaların çətinləşməsi, ixrac infrastrukturuna hücumlar və tədarüklə bağlı qeyri-müəyyənliklər bazarda qiymət artımı təzyiqini gücləndirir

Məqalədə:

Xəbər lenti

Xəbər lenti