Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

İdman Xəbər 11 Oktyabr 2026 22:59 (UTC +04:00)
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Bakı. Trend:

Azərbaycan daha bir boksçusu Budvada U-17 Avropa çempionatının qalibi olub.

Bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə Məhəmmədəli İstamov (57 kiloqram) qalxıb.

O, finalda Con Elamı (İngiltərə) məğlub edib - 4:1 (29:28, 30:27,28:29, 29:28, 29:28.

Beləliklə, milli komanda U-17 Avropa çempionatını 8 (2-3-3) medalla başa vurub.

İstamovdan öncə Cəmilə Muradlı (57 kiloqram) qızıl, Həsrət Məmmədov (46 kiloqram), İsmayıl Nəsirzadə (52 kiloqram), Səma Abbasova (66 kiloqram) gümüş, Qardaş Rəhimov (54 kiloqram), Hidayət Məmmədov (70 kiloqram) və Xumar Cəfərli (+80 kiloqram) bürünc mükafata sahib olublar.

Qeyd edək ki, çempionatda 40 ölkədən 473 (314 oğlan, 159 qız) idmançı mübarizə aparırdı.

Xəbər lenti

Xəbər lenti