İranda enerji obyektlərinə zərbələr nəticəsində atmosferə 4,7 min ton üzvi birləşmə atılıb

Dünya xəbərləri Xəbər 11 Oktyabr 2026 16:55 (UTC +04:00)
İranda enerji obyektlərinə zərbələr nəticəsində atmosferə 4,7 min ton üzvi birləşmə atılıb

Bakı. Trend:

İranın cənubunda yerləşən Əsəluyədə yanacaq anbarlarına və enerji obyektlərinə endirilən zərbələr nəticəsində atmosferə təxminən 4,7 min ton üzvi birləşmə atılıb.

Bu barədə İran vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Şina Ənsari bildirib.

“Bu hücumların cəmi bir neçə günü ərzində atmosferə təxminən 4,7 min ton uçucu üzvi birləşmə atılıb”, – deyə Tasnim agentliyi onun açıqlamasından sitat gətirib.

Ənsarinin sözlərinə görə, enerji infrastrukturuna endirilən zərbələr nəticəsində atmosferə daxil olan çirkləndirici maddələrin həcmi o qədər böyük olub ki, Tehranda şəhərin təxliyəsini zəruri edə biləcək vəziyyət yarana bilərdi.

Lakin vitse-prezidentin izahına görə, atmosferin sərhəd qatının yüksək olması səbəbindən çirkləndirici maddələrin əsas hissəsi İran paytaxtında yer səthinə yaxın hava qatına çatmayıb.

O əlavə edib ki, hücumlar nəticəsində atmosferə 1,5 milyon ton karbon qazına ekvivalent həcmdə istixana qazları da buraxılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti