Türkiyə və Azərbaycan arasındakı münasibətləri hədəf alan paylaşımlar dezinformasiya kimi qiymətləndirilib

Siyasət Xəbər 9 Oktyabr 2026 22:50 (UTC +04:00)
Türkiyə və Azərbaycan arasındakı münasibətləri hədəf alan paylaşımlar dezinformasiya kimi qiymətləndirilib

Bakı. Trend:

Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycan-Türkiyə münasibətlərinə qarşı yönəlmiş qərəzli və məqsədyönlü paylaşımların aşkarlandığını açıqlayıb.

Mərkəzin sosial şəbəkə hesabında yayımlanan bəyanatda bəzi beynəlxalq media orqanlarında və sosial şəbəkələrdə iki ölkə arasındakı möhkəm əlaqələri, strateji müttəfiqliyi və “Bir millət, iki dövlət” prinsipini hədəfə alan materialların yayıldığı bildirilib.

Qeyd olunub ki, bu cür paylaşımlar Türkiyə və Azərbaycan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinə xələl gətirməyə, eləcə də regionda sülh və sabitliyi pozmağa hesablanmış informasiya manipulyasiyasının tərkib hissəsidir.

“Türkiyə və Azərbaycan ortaq tarix, mədəniyyət və sarsılmaz qardaşlıq bağları əsasında qurulan münasibətlərini bütün sahələrdə qarşılıqlı əməkdaşlıq şəraitində inkişaf etdirirlər. Ölkələr arasında strateji tərəfdaşlıq, birgə təşəbbüslər və həyata keçirilən əməkdaşlıq layihələri fonunda manipulyativ bəyanatlarla ictimai rəyi çaşdırmaq cəhdləri nəticə verməyəcək”, – deyə açıqlamada vurğulanıb.

Mərkəz ictimaiyyəti psixoloji müharibə məqsədi daşıyan bu kimi materiallara inanmamağa, məlumatları yalnız rəsmi qurumların açıqlamaları əsasında qiymətləndirməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti