Tokayev qlobal qeyri-müəyyənliyin artması fonunda MDB-nin rolunu vurğulayıb

Siyasət Xəbər 9 Oktyabr 2026 14:27 (UTC +04:00)
Tokayev qlobal qeyri-müəyyənliyin artması fonunda MDB-nin rolunu vurğulayıb
Fuad Namazov
Fuad Namazov
Bütün xəbərlər

Bakı.Trend:

Qazaxıstan qlobal iqtisadi qeyri-müəyyənliyin artması fonunda MDB-nin üzv dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsindəki rolunu yüksək qiymətləndirir.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.

Qazaxıstan Prezidentinin mətbuat xidməti tərəfindən yayılan press-relizdə qeyd olunur ki, Tokayev mövcud şəraitdə hər bir dövlətin maraqlarını nəzərə alan razılaşdırılmış qərarların qəbuluna imkan verən birbaşa və etimada əsaslanan dialoqun mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

O bildirib ki, 1991-ci ildə yaradıldığı vaxtdan MDB etimadın və əməkdaşlığın möhkəmləndirilməsi üçün səmərəli çoxtərəfli mexanizm kimi formalaşıb və beynəlxalq aləmdə geniş tanınıb.

Qazaxıstan Prezidenti bu il 35 illiyini qeyd edən təşkilatın tarixi əsaslarının əhəmiyyətini də vurğulayıb. O xatırladıb ki, Qazaxıstan MDB-nin yaradılmasının təşəbbüskarlarından biri olub, 1991-ci ildə Alma-Ata Bəyannaməsinin imzalanması isə üzv dövlətlərin tarixində taleyüklü hadisəyə çevrilib.

Tokayev xalqlar arasında dostluğun, eləcə də ümumi mədəni və mənəvi irsin Birliyin əsas sərvəti olaraq qaldığını bildirib.

O, həmçinin beynəlxalq vəziyyətdə baş verən dəyişikliklərə, o cümlədən qlobal iqtisadi əlaqələrin pozulmasına, texnoloji rəqabətin güclənməsinə və qeyri-müəyyənliyin artmasına diqqət çəkib.

“Yubiley ilində Bəyannamədə təsbit olunmuş prinsiplərə yenidən nəzər salmağı, keçdiyimiz yolu təhlil etməyi və gələcək vəzifələri müəyyənləşdirməyi təklif edirəm”, – deyə o bildirib.

Tokayev noyabr ayında Almatıda Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun himayəsi altında Alma-Ata Bəyannaməsinin 35 illiyinə həsr olunmuş beynəlxalq konfransın keçiriləcəyini açıqlayıb. O, MDB ölkələrindən olan alimləri, hüquqşünasları, tarixçiləri və ekspertləri tədbirdə iştirak etməyə dəvət edib.

Qazaxıstan Prezidenti sammitin təşkilinə və Türkmənistanın MDB-yə sədrliyi dövründə təşkilatın gündəliyinin təşviqinə verdiyi töhfəyə görə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova da təşəkkür edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti