Monteneqroda rusiyalı hərbi bloqer saxlanılıb

Dünya xəbərləri Xəbər 9 Oktyabr 2026 12:46 (UTC +04:00)
Monteneqroda rusiyalı hərbi bloqer saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Monteneqroda “Rıbar” teleqram kanalının müəllifi, rusiyalı hərbi bloqer Mixail Zvinçuk saxlanılıb.

Bu barədə “Vijesti” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, saxlanılma oktyabrın 9-da səhər saatlarında Risan şəhərində baş verib. Monteneqro polisi bloqerin həyat yoldaşı Valeriya Zvinçuku və daha üç nəfəri də saxlayıb.

“Böyük Britaniya və ABŞ hökumətləri Mixail Zvinçuku zərərli hibrid fəaliyyətlə əlaqəli əsas fiqur hesab edirlər”, – deyə nəşr bildirib.

Qəzet əlavə edib ki, bloqer Böyük Britaniyanın sanksiyalarına məruz qalıb. O, həmçinin ABŞ Dövlət Departamentinin ABŞ-də seçki prosesinə zərərli təsir göstərməyə yönəlmiş əməliyyatlarda iştirak edən şəxslərin siyahısında yer alır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti