Bakı.Trend:
Səudiyyə Ərəbistanında yerləşdirilən Pakistan qoşunları Yəməndəki husi döyüşçülərinə qarşı əməliyyatlarda iştirak etmir.
Bunu Pakistan Müdafiə Nazirliyinin mətbuat katibi, general-leytenant Əhməd Şərif Çaudri CNN telekanalına verdiyi açıqlamada bildirib.
“Pakistan qoşunları artıq Səudiyyə Ərəbistanında yerləşdirilib və müxtəlif müdafiə əməliyyatlarına cəlb olunub. Lakin onlar krallıq ordusunun husilərə qarşı apardığı döyüş əməliyyatlarında iştirak etmirlər. Qoşunlarımızın Səudiyyə Ərəbistanında yerləşdirilməsinin təfərrüatları məxfidir və açıqlana bilməz. Pakistan hərbçilərinin bu ölkədə həyata keçirəcəyi istənilən əməliyyat müdafiə xarakteri daşıyacaq”, – Çaudri vurğulayıb.
“Qoşunlarımızın Səudiyyə Ərəbistanında yerləşdirilməsinin təfərrüatları məxfidir və açıqlana bilməz. Pakistan hərbçilərinin bu ölkədə həyata keçirəcəyi istənilən əməliyyat müdafiə xarakteri daşıyacaq”, – Çaudri vurğulayıb.
Qeyd edək ki, may ayında Pakistan müdafiə sahəsində əməkdaşlıq sazişi çərçivəsində Səudiyyə Ərəbistanına bir qırıcı aviasiya eskadrilyası, 8 min hərbçi və hava hücumundan müdafiə sistemi göndərib.
