ABŞ İran neftinin satışına görə 17 gəmiyə və bəzi şirkətlərə sanksiyalar tətbiq edib

Dünya xəbərləri Xəbər 8 Oktyabr 2026 22:48 (UTC +04:00)
ABŞ İran neftinin satışına görə 17 gəmiyə və bəzi şirkətlərə sanksiyalar tətbiq edib

Bakı. Trend:

ABŞ hakimiyyəti İran neftinin və neft məhsullarının daşınması və satışı ilə əlaqəli olduğu, Amerika tərəfinin məlumatına görə, 17 gəmi və bir sıra şirkətə qarşı məhdudiyyətlər tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd edib ki, nazirlik “milyonlarla barel İran nefti, yanacağı və neft məhsullarının Cənubi və Şərqi Asiyanın müxtəlif bazarlarına daşınması üçün istifadə edilən “kölgə donanmasına” məxsus 17 gəmiyə qarşı” məhdudiyyətlər tətbiq edir. Onların arasında Çin, Böyük Britaniya və Marşall adalarında qeydiyyatdan keçmiş şirkətlərə məxsus tankerlər də var.

Vaşinqton administrasiyasının fikrincə, İranın neft-kimya sənayesi ilə əlaqəli olan təxminən 20 şirkətə qarşı da sanksiyalar tətbiq edilib. Onların arasında Böyük Britaniya, Hindistan, İran, Çin, BƏƏ, Türkiyə və Marşall adalarında qeydiyyatdan keçmiş şirkətlər var.

“Bu gün atılan addımlar İranın “kölgə donanmasının” qalan şəbəkəsinin böyük hissəsini faktiki olaraq zərərsizləşdirir”, - deyə ABŞ Maliyyə Nazirliyindən bildirilib.

Nazirliyin nümayəndəsi həmçinin jurnalistlərə bildirib ki, İran neft ticarəti aparmaq imkanını demək olar ki, itirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti