Kreml Putin və Tramp arasında telefon danışığının vaxtının razılaşdırılmadığını bildirib

Dünya xəbərləri Xəbər 8 Oktyabr 2026 07:55 (UTC +04:00)
Kreml Putin və Tramp arasında telefon danışığının vaxtının razılaşdırılmadığını bildirib

Bakı. Trend:

Moskva və Vaşinqton Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığının keçirilməsini hələ razılaşdırmayıb.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib ki, hələlik danışığın nə vaxt baş tuta biləcəyi ilə bağlı aydınlıq yoxdur.

Bir gün əvvəl, Putinin doğum günündə Tramp Rusiya prezidenti ilə telefon danışığının hazırlandığını bildirmişdi.

“Hələlik, xeyr. Məlumat verəcəyik”, - Peskov danışığın Rusiya tərəfi ilə artıq razılaşdırılıb-razılaşdırılmadığı və onun nə vaxt baş tuta biləcəyi ilə bağlı anlaşmanın olub-olmadığı barədə suala cavabında deyib.

Daha əvvəl Kreml bildirmişdi ki, belə bir təşəbbüs daxil olacağı təqdirdə, danışığı operativ şəkildə razılaşdırmaq mümkündür. Bu ilin əvvəlindən Rusiya və ABŞ prezidentləri arasında ümumilikdə beş telefon danışığı baş tutub. Sonuncu danışıq sentyabrın 8-də keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti