Bakı.Trend:
Paris şəhərində "Sciences Po" universiteti yaxınlığında tələbələrin keçirdiyi etiraz aksiyasında gərginlik yaşanıb.
Fransa KİV-nin məlumatına görə, iğtişaş polisi etirazçılara qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları, həmçinin nümayişçilərin qurduğu barrikadaları dağıdıb.
Bundan əlavə, davam edən etirazlar çərçivəsində Marselin 5-ci dairəsində Mari Küri adına orta məktəbin qarşısında 100 nəfərin toplaşdığı bildirilir. Müəllim və şagirdlər polis müdaxilə edənədək məktəbin və avtomobil yolunun giriş-çıxışını bağlayıblar. Müəllimlər polis ilə şagirdlər arasında canlı sədd yaradıb, daha sonra bütün etirazçılar yerə uzanıblar. Hadisə şahidləri bildiriblər ki, polisləri müəllimləri tapdalayıb nümayişçiləri zorla ərazidən uzalaşdırıblar . Toqquşmalar nəticəsində dörd nəfər xəsarət aldığı qeyd edilib.
