Rəşad Nəbiyev Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb (FOTO)

Cəmiyyət Xəbər 7 Oktyabr 2026 16:56 (UTC +04:00)
Rəşad Nəbiyev Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb (FOTO)
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mihkelson ilə görüşüb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan–Estoniya əlaqələrinin inkişaf perspektivləri, xüsusilə rəqəmsal inkişaf, süni intellekt, innovasiya və texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

"Həmçinin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşıdakı Hökumətlərarası Komissiyanın iclası və Estoniya texnologiya şirkətləri ilə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb", - deyə məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti