Qazaxıstan 2030-cu ilə qədər özünü neft məhsulları ilə tam təmin edəcək - Nazir

Dünya xəbərləri Xəbər 7 Oktyabr 2026 11:35 (UTC +04:00)
Qazaxıstan 2030-cu ilə qədər özünü neft məhsulları ilə tam təmin edəcək - Nazir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qazaxıstanın Energetika Nazirliyi ölkənin 2030-cu ilədək neft məhsulları ilə özünü tam təmin etməsini və onları ixrac etməsini planlaşdırır.

TASS-ın məlumatına görə, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov parlamentdə çıxışı zamanı bildirib.

“Ümumilikdə, 2030-cu ildə Qazaxıstanın nəinki özünü tam təmin edəcəyi, həm də ixrac potensialına çatacağı və hazır neft məhsullarını Mərkəzi Asiya ölkələrinə ixrac edəcəyi gözlənilir”, – deyə Akkenjenov bildirib.

O xatırladıb ki, hazırda ölkəsində üç iri neft emalı zavodu – Atırau, Şımkent və Pavlodar neft emalı zavodları fəaliyyət göstərir.

“Ötən il 18,4 milyon ton neft emal etdik və təxminən 15,5 milyon ton hazır neft məhsulu əldə etdik. Bu, hazırda daxili tələbatımızın 90 faizdən çoxunu ödəyir”, – deyə Akkenjenov bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti