İsrail Qəzza zolağı ilə sərhəddəki bütün nəzarət-buraxılış məntəqələrini bağlayıb

Dünya xəbərləri Xəbər 7 Oktyabr 2026 11:12 (UTC +04:00)
İsrail Qəzza zolağı ilə sərhəddəki bütün nəzarət-buraxılış məntəqələrini bağlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail oktyabrın 7-də HƏMAS-ın İsrail ərazisinə hücumunun üçüncü ildönümü ilə əlaqədar Qəzza zolağı ilə sərhəddəki bütün nəzarət-buraxılış məntəqələrini(NBM) bağlayıb və İordan çayının Qərb sahilindəki Fələstin ərazilərində tam təcrid rejimi tətbiq edib.

Bu barədə İsrail hökumətinin fəaliyyətinin əlaqələndirilməsi idarəsi (COGAT) məlumat yayıb.

“Təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi və müdafiə nazirinin qərarına əsasən, oktyabrın 7-də Yəhudeya və Samariya ərazisində (İordan çayının Qərb sahilinin İsrail tərəfindən istifadə olunan adı ) tam təcrid rejimi tətbiq edilib, həmçinin 7 oktyabr 2023-cü il hadisələrinin ildönümü ilə əlaqədar Qəzza zolağı ilə sərhəddəki keçid məntəqələri bağlanıb. Qəzza zolağına humanitar yardım daxil olmayacaq”, - deyə açıqlamada bildirilib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də səhər tezdən HƏMAS və digər Fələstin qruplaşmalarının silahlı üzvləri Qəzzadan İsrail ərazisinə daxil olublar. Onların hücumu zamanı sərhədyanı yaşayış məntəqələrinin sakinləri öldürülüb və təxminən 250 nəfər girov götürülüb. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab kimi qiymətləndiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti