İrəvan dəmir yolları üzrə Rusiya ilə bağlanmış müqaviləyə xitam verə bilər - Paşinyan

Dünya xəbərləri Xəbər 7 Oktyabr 2026 10:52 (UTC +04:00)
İrəvan dəmir yolları üzrə Rusiya ilə bağlanmış müqaviləyə xitam verə bilər - Paşinyan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İrəvanın Ermənistan dəmir yolları ilə bağlı RJD (Rusiya Dəmir Yolları-red) ilə bağlanmış konsessiya müqaviləsinə birtərəfli qaydada xitam vermək üçün hüquqi əsasları var.

Ermənistan KİV-in məlumatına görə bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Biz bunu istənilən vaxt edə bilərik. Lakin bu yolla getmək istəmirik”, – deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, İrəvan qarşılıqlı faydalı həll yolu tapmaq niyyətindədir və bunu dostluq şəraitində həyata keçirmək istəyir. Söhbət konsessiyanın həm Ermənistan, həm də Rusiya üçün məqbul olacaq ölkəyə verilməsi və ya satılmasından gedir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti