Bakı. Trend:
7 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Müstəqil
Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının
iclasında və Mərkəzi Asiya dövlətləri və Azərbaycan Respublikasının
xarici işlər nazirlərinin müşavirəsində iştirakı və çıxışları,
eləcə də yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə
tutulub.
