Bakı.Trend:
ABŞ Silahlı Qüvvələri İranla münaqişənin başlanmasından etibarən 25 hərbi təyyarə, 49 pilotsuz uçuş aparatı (PUA) və 7 helikopter itirib.
Bu barədə ABŞ Konqresinin Araşdırma Xidmətinin yeni hesabatında bildirilir.
Xüsusilə, döyüş əməliyyatları və “dost atəşi” (friendly fire – etinadsızlıq nəticəsində öz hərbi texnikalarının vurulması) nəticəsində 15 ədəd “F-15E Strike Eagle” qırıcısı, bir ədəd beşinci nəsil “F-35C Lightning II” qırıcısı və iki ədəd “A-10 Thunderbolt II” həmlə təyyarəsi məhv edilib. Bundan əlavə, aviasiya qəzaları və İranın aviabazalara zərbələri nəticəsində 7 ədəd “KC-135 Stratotanker” yanacaqdolduran təyyarəsi, “EC-3 Sentry AWACS” uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi, həmçinin İran ərazisində axtarış-xilasetmə əməliyyatı zamanı ABŞ hərbçiləri tərəfindən partladılan “MC-130J” atəş-dəstək təyyarəsi itirilib.
ABŞ Silahlı Qüvvələri İrana qarşı əməliyyatlar zamanı azı “45 ədəd MQ-9 Reaper” kəşfiyyatçı-zərbəçi pilotsuz uçuş aparatı, üç ədəd “MQ-1” çoxməqsədli PUA və bir ədəd “MQ-4C Triton” dəniz kəşfiyyat PUA-sı itirib.
