Türkiyədə polisə silahlı hücum olub: ölən var

Dünya xəbərləri Xəbər 7 Oktyabr 2026 09:55 (UTC +04:00)
Türkiyədə polisə silahlı hücum olub: ölən var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin Ankara şəhərində polis əməkdaşına silahlı hücum olub.

Bu barədə “Haber7” məlumat yayıb.

Patrul polis əməkdaşı avtomobildə olan şəxslərin şəxsiyyət yoxlaması aparılarkən arxa oturacaqda əyləşən şübhəli şəxs avtomobildən düşərək əlindəki silahla polis əməkdaşı Ahmet Türkoğluna atəş açıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və tibbi yardım briqadaları göndərilib.

Polis əməkdaşlarının müdaxiləsindən sonra Pursaklar Dövlət Xəstəxanasına çatdırılan Türkoğlu göstərilən tibbi yardımlara baxmayaraq, həyatını itirib.

Hadisə yerindən qaçan şübhəlilər isə polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Ankara valisi Yakup Canbolat xəstəxananın qarşısında jurnalistlərə açıqlamasında bildirib ki, atəş açan şəxs hadisədən sonra öz başına atəş açıb.

“Qəhrəman polisimiz təəssüf ki, şəhid oldu. Avtomobil qaçıb, avtomobildəki iki nəfər saxlanılıb. Hücumu həyata keçirən şəxs də hadisədən dərhal sonra öz başına atəş açıb. Hazırda ona da tibbi müdaxilə edilir, lakin vəziyyəti ağır görünür. Hamımıza keçmiş olsun. Şəhidimizə Allahdan rəhmət diləyirik. Başımız sağ olsun”, - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti