Fransada polisin aksiyalarda şagirdlərə qarşı səs qumbaralarından istifadəsi qadağan edilib

Dünya xəbərləri Xəbər 7 Oktyabr 2026 12:07 (UTC +04:00)
Fransada polisin aksiyalarda şagirdlərə qarşı səs qumbaralarından istifadəsi qadağan edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransada etiraz aksiyaları zamanı asayiş keşikçiləri tərəfindən səs qumbaralarından istifadə edilməsi qadağan edilib.

Fransanın RTL-in məlumatına görə, bu barədə Fransanın DİN rəhbəri Loran Nunyes göstəriş verib.

“Dünəndən etibarən tələb etmişəm ki, bu qumbaralardan lisey şagirdlərinin etiraz aksiyalarında bir daha istifadə olunmasın”, – deyə daxili işlər naziri RTL radiosunun efirində bildirib.

Qeyd edək ki, oktyabrın 5-də respublikanın şimalındakı Pa-de-Kale departamentinin Lans şəhərində Ogüst Beal adına liseyin qarşısında baş verən səs qumbarası partlayışı nəticəsində 15 yaşlı lisey şagirdinin sol əlinin biləkdən aşağı hissəsi qopub.

Yuxarı sinif şagirdlərinin etiraz aksiyaları sentyabrın 17-də paytaxt regionu İle-de-Fransda başlayıb və sonradan ölkəyə yayılıb. Aksiya iştirakçıları həddindən artıq yüklənmiş dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.

Bəzi yerlərdə aksiyalar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Etirazların radikallaşması fonunda milli təhsil naziri Eduar Jefre bəzi təhsil müəssisələrində dərslərin distant formata keçirildiyini açıqlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti