Astarada avtomobil dərəyə aşıb, sürücü ölüb (VİDEO)

Hadisə Xəbər 7 Oktyabr 2026 12:48 (UTC +04:00)
Astarada avtomobil dərəyə aşıb, sürücü ölüb (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Astara rayonunda avtomobilin dərəyə aşması nəticəsində sürücü həyatını itirib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə dağlıq relyefə malik Hamoşam kəndi ərazisində, meşə massivindən keçən yolda baş verib. Hərəkətdə olan “VAZ 2121” markalı avtomobil yoldan çıxaraq təxminən 70 metr məsafədə dərəyə yuvarlanıb.

Nəticədə avtomobilin sürücüsü, Reqloba kənd sakini, 60 yaşlı Əlikram Ağayev hadisə yerində ölüb.

İlkin məlumata görə, hadisənin baş verməsinə səbəb yolun yağışlı hava ilə əlaqədar sürüşkən olması göstərilir. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi payız-qış mövsümündə oxşar hadisələrin artması ehtimalını nəzərə alaraq sürücülərə xəbərdarlıq edib. İdarə enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Sürücülər yol və hava şəraitini daim diqqətdə saxlamağa, dağlıq ərazilərə səfərlər zamanı daha ehtiyatlı olmağa, avtomobillərinin texniki xüsusiyyətlərinin keçəcəkləri ərazinin relyefinə uyğunluğuna diqqət yetirməyə çağırılıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti