İran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio

Dünya xəbərləri Xəbər 7 Oktyabr 2026 12:59 (UTC +04:00)
İran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İran Hörmüz boğazına nəzarəti tam itirib.

"Al-Jazeera" telekanalının məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma əldə etmək üçün yaranmış “bir çox imkanlardan” istifadə edə bilməyib. O, Yunanıstanda keçirdiyi mətbuat konfransında əlavə edib ki, İran Hörmüz boğazına nəzarəti tamamilə itirib.

Bu açıqlamalar kritik əhəmiyyət daşıyan bu su yolunda ticarət gəmilərinə hücumlarını davam etdiyi bir vaxtda səslənib.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti