Bakıda "C. Steinweg Group" şirkəti ilə Orta Dəhliz üzrə birgə layihələr müzakirə edilib

İqtisadiyyat Xəbər 7 Oktyabr 2026 14:45 (UTC +04:00)
Bakıda "C. Steinweg Group" şirkəti ilə Orta Dəhliz üzrə birgə layihələr müzakirə edilib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Niderlandın "C. Steinweg Group" şirkəti ilə Orta Dəhliz üzrə birgə layihələr müzakirə olunub.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Niderlandın “C. Steinweg Group” şirkətinin baş icraçı direktoru Ulf Boll ilə görüşdə kritik minerallar və logistika sahəsində əməkdaşlıq imkanlarını, eləcə də saxlama-anbar komplekslərinin yaradılması məsələlərini müzakirə etdik. Xüsusilə, OrtaDəhliz üzrə birgə layihələri və bu istiqamətdə infrastruktur imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi apardıq", - deyə o bildirib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Qeyd edək ki, C. Steinweg Group 1847-ci ildən beynəlxalq logistika sahəsində fəaliyyət göstərir. Şirkətin dünyanın 55-dən çox ölkəsində 135-dən artıq obyekti və 6 500-dən çox əməkdaşı var. Steinweg beynəlxalq təchizat zəncirlərinin təşkili üzrə ixtisaslaşıb və dünyanın müxtəlif regionlarında logistika xidmətləri göstərmək üçün zəruri infrastruktura malikdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti