Bakıda “Avropada Təhsil” sərgisində 16 ölkədən 60 universitet və təhsil agentliyi iştirak edəcək - Mariyana Kuyundziç

Cəmiyyət Xəbər 7 Oktyabr 2026 15:25 (UTC +04:00)
Bakıda “Avropada Təhsil” sərgisində 16 ölkədən 60 universitet və təhsil agentliyi iştirak edəcək - Mariyana Kuyundziç
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçiriləcək “Study in Europe – Avropada Təhsil” sərgisində 16 Avropa ölkəsindən 60 universitet və milli təhsil agentliyi iştirak edəcək.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri Bakıda keçiriləcək “Study in Europe – Avropada Təhsil” sərgisinə həsr olunan brifinqdə çərşənbə günü Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon deyib.

O bildirib ki, Aİ Nümayəndəliyinin dördüncü dəfə təşkil etdiyi sərgidə iştirakçı universitet və milli təhsil agentliklərinin sayı rekord həddə çatıb. Sərgidə Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Malta, Polşa, Rumıniya, Slovakiya və İsveç təmsil olunacaq.

Mariyana Kuyundziçin sözlərinə görə, rəsmi açılış mərasimi oktyabrın 10-da saat 11:00-da baş tutacaq.

“Avropada Təhsil” sərgisi gənclərə və onların valideynlərinə Avropa universitetlərinin nümayəndələri ilə ünsiyyət qurmaq imkanı verəcək. Nümayəndələr öz proqramlarını təqdim edəcək, təhsil və tədqiqat imkanları, təhsil haqları və təqaüdlər haqqında sualları cavablandıracaq, gələcək təhsilləri ilə bağlı məlumatlı qərarlar qəbul etmələrinə kömək edəcəklər”, – deyə o vurğulayıb.

Nümayəndəliyin rəhbəri qeyd edib ki, Avropa İttifaqı 2008-ci ildən Azərbaycanın təhsil sektorunu dəstəkləyir və həmin dövrdən etibarən bu sahədə 29 layihə həyata keçirilib. Minlərlə azərbaycanlı tələbə, xüsusilə Erasmus+ və digər mübadilə proqramları çərçivəsində Avropada təhsil alıb.

O, Avropanın ali təhsil müəssisələrinin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq istəyən tələbələr üçün geniş imkanlar təklif etdiyini bildirib.

“Avropada təhsil almaq müxtəlif və dinamik mühitdə yüksək keyfiyyətli və beynəlxalq səviyyədə tanınan təhsil almaq deməkdir. Bu, dəyərli bilik və bacarıqlar əldə etmək, yeni mədəniyyətlər kəşf etmək, yeni dillər öyrənmək, beynəlxalq əlaqələr qurmaq və həm şəxsi, həm də peşəkar gələcəyi formalaşdıracaq unudulmaz təcrübə qazanmaq üçün bir imkandır”, – deyə Mariyana Kuyundziç əlavə edib.

O, həmçinin Azərbaycanla Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin 1996-cı ildə imzalandığını xatırladıb. Bildirib ki, ötən dövrdə kənd təsərrüfatı, biznesin inkişafı, səhiyyə, ətraf mühit, təhsil və digər sahələrdə Azərbaycan xalqının faydasına yönəlmiş yüzlərlə layihə həyata keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti