Bakı.Trend:
Polşanın Astrolenka şəhərində fəaliyyət göstərən peşə-texniki məktəbində bıçaqlı hücum nəticəsində azı 9 nəfər xəsarət alıb.
Bu barədə "RMF24" radiosu məlumat yayıb.
Bildirilib ki, yaralananların əksəriyyəti tələbələrdir, bir müəllim də xəsarət alıb. İki nəfərin vəziyyəti ağırdır.
Tələbəl və əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədilə məktəb bağlanıb. Hadisə yerinə sanitar aviasiya helikopteri də cəlb olunub.
Peşə məktəbinə hücum edən 19 yaşlı şəxs hadisə yerindən qaçıb, lakin polis əməkdaşları tərəfindən şəhər çimərliyi yaxınlığında saxlanılıb. Radionun məlumatına görə, o, həmin peşə-texniki məktəbin tələbəsidir.
