Bakıda "Yaşıl Dəhliz Alyansı"nın büdcəsi və cari fəaliyyəti müzakirə edilib

Yaşıl iqtisadiyyat Xəbər 7 Oktyabr 2026 14:24 (UTC +04:00)
Bakıda "Yaşıl Dəhliz Alyansı"nın büdcəsi və cari fəaliyyəti müzakirə edilib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda "Yaşıl Dəhliz Alyansı"nın (Green Corridor Alliance JV) büdcəsi və cari fəaliyyəti müzakirə edilib.

Bu barədə "Yaşıl Dəhliz Alyansı” müştərək müəssisəsinin baş direktoru Tural Əliyev “LinkedIn” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Qeyd olunub ki, dünən alyansın Direktorlar Şurasının iclası keçirilib. İclasda əsas diqqət büdcəyə və cari əməliyyat fəaliyyətinə yönəldilib.

Məlumata görə, qarşıdakı dövr üçün əsas prioritetlər nəzərdən keçirilib və cari işlərin səmərəli həyata keçirilməsi üçün zəruri addımlar müzakirə olunub.

""Yaşıl Dəhliz Alyansı" Azərbaycan tərəfdən “Azərenerji” ASC, Qazaxıstanın KEGOC ASC və Özbəkistanın “National Electric Grid of Uzbekistan” ASC tərəfindən yaradılmış birgə müəssisədir. Təşəbbüsün əsası 2024-cü il noyabrın 13-də Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri tərəfindən imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Sazişdən irəli gəlir. "Yaşıl Dəhliz Alyansı"nın təsis müqaviləsi 2024-cü il dekabrın 27-də imzalanıb, birgə müəssisənin baş ofisi isə Bakıda yerləşir”, - deyə paylaşımda bildirilib.

Tural Əliyev Direktorlar Şurasının üzvlərinə və tərəfdaşlara davamlı öhdəliklərinə və konstruktiv əməkdaşlıqlarına görə təşəkkür edib.

Qeyd edək ki, 2025-ci il aprelin 4-də Azərbaycan, Qazaxıstan və Özbəkistan Asiya İnkişaf Bankının (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) dəstəyi ilə “Transxəzər Yaşıl Enerji Dəhlizi” təşəbbüsünün ilk mərhələsinə start verildiyini elan edib. Təşəbbüs çərçivəsində ölkələr üç ölkənin elektrik enerjisi sistemlərinin inteqrasiyasını və bərpaolunan enerjinin Avropaya tədarük marşrutunun yaradılmasını nəzərdə tutan texniki-iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanmasına dair əməkdaşlıq sazişi imzalayıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti