Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür edib

Siyasət Xəbər 7 Oktyabr 2026 14:16 (UTC +04:00)
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür edib

Bakı.Trend:

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Diplomat bu barədə rəsmi "X" səhifəsində yazıb.

“Azərbaycandan həyati əhəmiyyətli enerji avadanlıqları artıq Ukraynaya göndərilib - transformatorlar, 186 kilometr elektrik kabeli və avadanlıqla yüklənmiş 10 yük maşını.

Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına həmrəyliyə, eləcə də qətiyyətli dəstəyə görə dərin minnətdarlığımı bildirirəm”, - deyə paylaşımda vurğulanıb.

Qeyd edək ki, oktyabrın 7-də Azərbaycan Respublikasından Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulan elektrik avadanlıqlarının növbəti partiyası Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 21 sentyabr tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib. Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti