Qaradağda yük avtomobili dəmir arakəsmələrə çırpılıb, 4 nəfər ölüb (FOTO)

Hadisə Xəbər 7 Oktyabr 2026 16:28 (UTC +04:00)
Qaradağda yük avtomobili dəmir arakəsmələrə çırpılıb, 4 nəfər ölüb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Qaradağ rayonunun Qaradağ qəsəbəsində yük avtomobilinin dəmir arakəsmələrə çırpılması nəticəsində 4 nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində “Mercedes Atego” markalı yük avtomobilinin dəmir arakəsmələrə çırpıldığı və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildən 4 nəfərin meyitini və bir nəfəri sağ çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti