Külli miqdarda mənimsəmədə ittiham olunan Ramin İsayevin kassasiya şikayəti rədd edilib

Cəmiyyət Xəbər 7 Oktyabr 2026 15:51 (UTC +04:00)
Külli miqdarda mənimsəmədə ittiham olunan Ramin İsayevin kassasiya şikayəti rədd edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Külli miqdarda mənimsəmədə ittiham olunan Ramin İsayevin kassasiya şikayəti rədd edilib.

Bununla bağlı Ali Məhkəmədə keçirilən prosesdə qərar qəbul edilib.

Belə ki, külli miqdarda mənimsəmədə ittiham olunan Ramin İsayev barəsində olan qərardan kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ramin İsayev 14 il azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirməyib.

Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham irəli sürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti