Cümə günü maqnit qasırğası olacaq

Dünya xəbərləri Xəbər 7 Oktyabr 2026 18:21 (UTC +04:00)
Magnit storm maqnit qasırğası
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Günəş aktivliyinin artması səbəbindən cümə günü Yer kürəsində maqnit qasırğasının baş verəcəyi gözlənilir.

TASS-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

“Hesablamalarımıza görə, dünən Günəşdən atılan plazma buludunun Yerə çatması üçün təxminən üç gün vaxt lazım olacaq”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, maqnit qasırğası 10-12 saat davam edəcək və G1-G2 səviyyəsinə çatacaq.

Məlumata görə, Günəşdə aktiv sahələrin artımı dayanıb, müşahidə olunan alışmaların gücü isə azalıb.

Bundan əvvəl, oktyabrın 6-da İKİ RAN laboratoriyasının alimləri plazma buludlarının Yerə doğru hərəkət etdiyini bildirmişdilər.

Çərşənbə axşamı Günəşdə M sinfinə aid iki alışma baş verib. Nəticədə Yer istiqamətində “kifayət qədər böyük ölçüdə” plazma buludları atılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti