Yaponiya Çindən Baş nazir Sanae Takaiçiyə "hörmətlə" yanaşmağı tələb edib

Dünya xəbərləri Xəbər 8 Oktyabr 2026 07:15 (UTC +04:00)
Yaponiya Çindən Baş nazir Sanae Takaiçiyə "hörmətlə" yanaşmağı tələb edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya Çin tərəfdən Baş nazir Sanae Takaiçinin adının vəzifəsi qeyd olunmadan çəkilməsindən sonra Pekini “lazımi hörmət göstərməyə” çağırıb.

“Fikir ayrılıqları olsa belə, hesab edirəm ki, beynəlxalq protokola əsasən, başqa ölkənin liderinə lazımi hörmət göstərilməlidir”, - deyə Yaponiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Toşihiro Kitamura bildirib.

Sentyabrın 30-da Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Tzyakun keçirdiyi mətbuat konfransında Yaponiyanın baş nazirini yalnız “Sanae Takaiçi” adı ilə təqdim edib və onun vəzifəsini qeyd etməyib. Quo Yaponiyada nüvə silahlarına və nüvə sualtı qayıqlarına sahib olmaqla bağlı aparılan müzakirələrdən danışıb.

İki Asiya iqtisadi nəhəngi arasında diplomatik münasibətlər Takaiçinin ötən il Tokionun Pekinin öz ərazisi hesab etdiyi Tayvana hücum halında müdaxilə edə biləcəyinə eyham vurmasından sonra ciddi şəkildə gərginləşib.

Son həftələrdə bir neçə yapon parlamentari diplomatik gərginliyi azaltmaq məqsədilə Çinə səfər edib. Takaiçi bazar ertəsi parlamentdə hökumətin ümumi siyasətinə dair çıxışında Pekini “mühüm qonşu” adlandırıb və iki ölkə arasında sabit münasibətlər qurmaq öhdəliyini ifadə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti