İsveçrə millisinin sabiq futbolçusu Veqa FİFA prezidenti vəzifəsinə namizədliyini irəli sürmək niyyətindədir

İdman Xəbər 8 Oktyabr 2026 04:37 (UTC +04:00)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

«Tottenhem»in və İsveçrə millisinin sabiq müdafiəçisi Ramon Veqa Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti vəzifəsi uğrunda mübarizə aparmaq niyyətində olduğunu açıqlayıb.

FİFA-nın hazırkı prezidenti Canni İnfantino 2016-cı ildən bu vəzifəni tutur və gələn ilin yazında Mərakeşdə keçiriləcək seçkidə iştirak etmək niyyətində olduğunu açıqlayıb.

«Futbol kritik vəziyyətdədir, həyat təminatı aparatına qoşulub. Daha gözləyə bilmərik. FİFA-ya yeni strategiya və fundamental islahat lazımdır. Həyatım məni futbola xidmət etməyə hazırlayıb. Mən dünya futbol ailəsinin qarşısına təvazökarlıq, qətiyyət və dərin məsuliyyət hissi ilə çıxıram. Futbol prezidentlərə, konfederasiyalara və ya administratorlara məxsus deyil. Futbol istənilən vəzifədən, istənilən şəxsdən və ya istənilən qurumdan daha üstündür», — ESPN Veqanın sözlərini sitat gətirib.

55 yaşlı Veqa İnfantino ilə seçkidə rəqabət aparmaq niyyətini açıq şəkildə təsdiqləyən ilk şəxs olub.

Veqa futbolçu karyerasını 2004-cü ildə başa vurub, bundan sonra maliyyə sahəsində çalışıb. O, 2015, 2019 və 2022-ci illərdə də FİFA prezidenti vəzifəsinə namizədliyini irəli sürməyə cəhd edib, lakin namizədlər sırasına daxil olmaq üçün FİFA-nın 211 üzv federasiyasından ən azı beşinin dəstəyini qazana bilməyib.

Xəbər lenti

Xəbər lenti