Azərbaycanla Qırğızıstan arasında ədliyyə sahəsində əməkdaşlıq proqramı hazırlanıb

Cəmiyyət Xəbər 8 Oktyabr 2026 16:58 (UTC +04:00)
Azərbaycanla Qırğızıstan arasında ədliyyə sahəsində əməkdaşlıq proqramı hazırlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Qırğızıstanın ədliyyə nazirlikləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq proqramı hazırlanıb və onun gələcəkdə imzalanması barədə razılıq əldə olunub.

Ədliyyə Nazirliyinin rəsmi saytında dərc edilən məlumata görə, bunu Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov Türkiyəyə işgüzar səfəri çərçivəsində Qırğız Respublikasının Baş nazirinin müavini, ədliyyə naziri Almaz Ayılçiyev ilə görüşündə müzakirə edib.

Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin yüksək səviyyədə olduğu və dövlət başçıları arasında qarşılıqlı səfərlərin əlaqələrin inkişafına mühüm töhfə verdiyi vurğulanıb. Fərid Əhmədov Almaz Ayılçiyevi yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlığın möhkəm hüquqi bazaya söykəndiyini qeyd ediblər. Bildirilib ki, notariat, penitensiar sistem, probasiya, mediasiya və məhkəmə ekspertizası sahələrində təcrübə mübadiləsi həyata keçirilir.

Görüşdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi, yeni təşəbbüslərin həyata keçirilməsi, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində hüquq və ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti