Türkiyə hücum əməliyyatlarında iştirak üçün başqa ölkəyə qoşun göndərməyəcək – Hakan Fidan

Dünya xəbərləri Xəbər 8 Oktyabr 2026 15:29 (UTC +04:00)
Türkiyə hücum əməliyyatlarında iştirak üçün başqa ölkəyə qoşun göndərməyəcək – Hakan Fidan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Məkkə Alyansı yalnız müdafiə xarakteri daşıyır və Ankara bu çərçivədə hücum əməliyyatlarında iştirak etmək üçün başqa ölkəyə qoşun göndərməyəcək.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada macarıstanlı həmkarı Anita Orbanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Mən açıq şəkildə bildirirəm ki, bu saziş yalnız müdafiə ilə bağlıdır. Sazişin iştirakçısı olan ölkəyə hücum edildikdə, siz onun tərəfində dayanmalı və onu müdafiə etməlisiniz. Bu, hücum haqqında saziş deyil. Türkiyə hücum həyata keçirmək üçün başqa ölkənin ərazisinə qoşun göndərməyəcək”, - deyə o bildirib.

O əlavə edib ki, Məkkə Sazişi çərçivəsində əməkdaşlıq “inkişaf edir” və hərbi nümayəndə heyətləri birgə fəaliyyət göstərərək əməliyyat zonasında (Səudiyyə Ərəbistanına) hansı müdafiə tədbirlərinin lazım olduğunu, Pakistanın və Türkiyənin hansı töhfəni verə biləcəyini müəyyənləşdirəcəklər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti