Travmatologiya və Ortopediya İnstitutu qeydiyyatda yaranan növbələrə aydınlıq gətirib

Gündəm Xəbər 8 Oktyabr 2026 12:01 (UTC +04:00)
Travmatologiya və Ortopediya İnstitutu qeydiyyatda yaranan növbələrə aydınlıq gətirib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu pasiyentlərin qeydiyyatında yaranan ləngimələr və növbələrlə bağlı yayılan məlumatlara münasibət bildirib.

İnstitut məsələnin TƏBİB-in elektron sistemində yaranmış texniki nasazlıqla bağlı olduğunu açıqlayıb.

Bildirilib ki, nasazlıq səbəbindən pasiyentlərin qeydiyyatı və xidmətlərin göstərilməsi prosesində müvəqqəti ləngimələr və növbələr yaranıb.

Sistem tam bərpa olunduqdan sonra xidmətlərin əvvəlki qaydada davam edəcəyi və vəziyyətin normallaşacağı gözlənilir.

İnstitut yaranmış narahatlığa görə pasiyentlərdən üzr istəyib və anlayış göstərmələrini xahiş edib.

Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda pasiyentlərin saatlarla növbədə gözləməsi barədə məlumat yayılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti