Astara gömrük postunda 3 min metadon həbi və 3 kiloqrama yaxın heroin aşkarlanıb

Hadisə Xəbər 8 Oktyabr 2026 10:01 (UTC +04:00)
Astara gömrük postunda 3 min metadon həbi və 3 kiloqrama yaxın heroin aşkarlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, “Astara” gömrük postunun idxal nəzarət xəttində İrandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmet aşkarlanmasa da, sürücünün davranışları şübhə doğurub. Bununla əlaqədar onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı sürücünün belinə korset vasitəsilə bağlanmış üç bağlamadan ümumilikdə 3 min metadon həbi aşkar edilib.

Bundan əlavə, sürücünün gömrük postunun ərazisinə atdığı iki bağlamaya baxış zamanı ümumi təmiz çəkisi 2 kiloqram 950 qram olan kustar üsulla hazırlanmış heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti