Bakı. Trend:
“PAŞA Sığorta” Azərbaycanın bölgələrindən birində sel hadisəsi nəticəsində zərər görən şirkətin itkilərini qarşılayıb. Aqrar sahədə fəaliyyət göstərən şirkətə 277.493 manat məbləğində sığorta ödənişi həyata keçirib. Güclü sel suları nəticəsində müəssisəyə məxsus tikili çöküb və obyektə ciddi ziyan dəyib.
Sığorta ödənişi müəssisənin gözlənilməz maliyyə yükünün qarşılanmasına, zərərin aradan qaldırılmasına və biznes fəaliyyətinin davamlılığının təmin olunmasına mühüm dəstək verib. Bu ödəniş sahibkarların risklər qarşısında maliyyə dayanıqlığının qorunmasında sığortanın real rolunu bir daha nümayiş etdirir.
“PAŞA Sığorta” üçün sığorta yalnız risklərdən qorunmaq deyil, gözlənilməz hadisə baş verdikdə sahibkarın yanında olmaq və onun fəaliyyətini davam etdirməsinə dəstək verməkdir.