Paytaxtda iki avtobusun hərəkət istiqaməti dəyişdirilir

Cəmiyyət Xəbər 8 Oktyabr 2026 11:14 (UTC +04:00)
Paytaxtda iki avtobusun hərəkət istiqaməti dəyişdirilir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, paytaxtın Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

"Məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilib.

Təmir işləri yekunlaşanadək 133 nömrəli marşrutun son dayanacağı Gülməmməd Ramazanov küçəsində təyin edilib. 170 nömrəli marşrutun hərəkəti isə Binəqədi qəsəbəsinin Fəhlə küçəsi ilə təmin olunur",-deyə qurumdan əlavə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti