Bakı. Trend:
Saatlıda bir nəfərin ölümü, digərinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə oktyabrın 7-də saat 20:45 radələrində Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun Saatlı şəhərindən keçən hissəsində qeydə alınıb.
2003-cü il təvəllüdlü Məmmədov Rəhman Möhsüm oğlu idarə etdiyi “Mercedes-Benz C180” markalı avtomobillə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun sol tərəfindəki işıq dirəyinə, daha sonra isə istirahət parkının ətrafına quraşdırılmış dəmir-beton hasara çırpılıb.
Nəticədə avtomobildəki sərnişinlər - Könül Məmmədova və Bahar Məmmədova Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Bahar Məmmədova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
