Bakı. Trend:
Türkiyədə İstanbul şəhərinin Maltepe rayonunda yerləşən yeddimərtəbəli binanın bir hissəsi uçub.
Bu barədə "Haber 7" məlumat yayıb.
Hələlik müəyyən edilməyən səbəbdən binanın ilk üç mərtəbəsi uçub.
12 mənzildən ibarət binada 33 nəfərin yaşadığı məlum olub. Uçqun altında qalan 12 nəfərdən 5-i xilas edilib, 7 nəfərdən 4-ü ilə əlaqə yaradılıb, daha 3 nəfərin axtarışları davam etdirilir.
Hadisə yerinə gələn İstanbul valisi Davut Gül bildirib ki, 1987-ci ildə tikilmiş binada ümumilikdə 33 nəfər yaşayır.
Valinin sözlərinə görə, bina yerüstü 6 mərtəbədən ibarətdir. Birinci mərtəbədə mağaza, digər 6 mərtəbədə isə mənzillər yerləşir. Binada ümumilikdə 12 mənzil var.
