Saxta hərbi təlim arayışları verməkdə ittiham olunan sabiq zabitin işi məhkəməyə göndərilib

Cəmiyyət Press-reliz 8 Oktyabr 2026 10:26 (UTC +04:00)
Saxta hərbi təlim arayışları verməkdə ittiham olunan sabiq zabitin işi məhkəməyə göndərilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsində zabit vəzifəsini icra etmiş İlham Məmmədlinin qanunsuz əməlləri ilə bağlı cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətiməlumat yayıb.

Bildirilib ki, cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

İstintaq zamanı İlham Məmmədlinin Səhiyyə Nazirliyinin “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” publik hüquqi şəxsində mühəndis işləyən, ehtiyatda olan zabit Mirhəmdulla Əmirovun təhriki ilə saxta arayışlar tərtib etməsinə əsaslı şübhələr müəyyən edilib.

İttihama görə, həmin arayışlarda Mirhəmdulla Əmirovun guya hərbi təlim toplanışlarında iştirak etdiyi göstərilib. Arayışlar 2025–2026-cı illərdə ona iş yerindən yayınmaq məqsədilə təqdim olunub və əsassız əməkhaqqı ödənilməsinə şərait yaradılıb.

İlham Məmmədliyə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Mirhəmdulla Əmirov isə vəzifə saxtakarlığına və vəzifə səlahiyyətlərindən sui-istifadəyə təhrik etməkdə, həmçinin bilə-bilə saxta sənədlərdən istifadə etməkdə ittiham olunur.

Hər iki şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İttiham aktı təsdiqlənərək cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti