İstanbulda konsert zalında silahlı insident - Ölən və yaralananlar var

Dünya xəbərləri Xəbər 8 Oktyabr 2026 12:52 (UTC +04:00)
İstanbulda konsert zalında silahlı insident - Ölən və yaralananlar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunda fəaliyyət göstərən konsert zalında silahlı insident baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

Türkiyə KİV-lərinin məlumatına görə, naməlum şəxs binaya daxil olaraq odlu silahdan atəş açıb. Həmin vaxt zalda olan və xidməti vəzifəsini icra etməyən polis əməkdaşı cavab atəşi açıb. Nəticədə həm polis əməkdaşı, həm də hücum edən şəxs ağır yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb, lakin onların həyatını xilas etmək mümkün olmayıb. Bundan başqa içəridə olan iki nəfərin yaralandığı bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti