Bakı.Trend:
Cənubi Koreya Ukraynadakı səfirini geri çağırır.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, bu qərar Ukraynanın Kursk vilayətində hərbçiləri tərəfindən əsir götürülmüş iki Şimali Koreya hərbçisinin Seula təhvil verilməsi barədə məlumatın ictimailəşdirilməsindən sonra yaranmış diplomatik münaqişə fonunda qəbul edilib.
Kiyev daha əvvəl bu məlumatın ictimaiyyətə açıqlanmasına görə, rəsmi üzrxahlıq etmişdi. Lakin Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon bildirib ki, üzrxahlıq kifayət etmir.
Nazirin sözlərinə görə, Ukrayna və Cənubi Koreya əvvəlcədən əsirlər barədə məlumatların, o cümlədən hərbçilərin özlərinin və Şimali Koreyadakı qohumlarının təhlükəsizliyi naminə, məxfi saxlanılması barədə razılığa gəlmişdilər.
