Tramp Putinin ad gününü təbrik etməyib - Kreml

Dünya xəbərləri Xəbər 8 Oktyabr 2026 14:28 (UTC +04:00)
Tramp Putinin ad gününü təbrik etməyib - Kreml
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Oktyabrın 7-də doğum günü olan Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampdan təbrik teleqramı almayıb.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Trampdan təbrik teleqramı olmayıb, yoxdur”, - deyə Peskov bildirib.

Kremlin sözçüsü həmçinin Putinlə Tramp arasında telefon danışığının razılaşdırılmasında heç bir gecikmənin olmadığını qeyd edib.

Peskov bildirib ki, liderlər arasında telefon danışığının dəqiq vaxtı razılaşdırılacaq.

Qeyd edək ki, oktyabrın 7-də Vladimir Putinin 74 yaşı tamam olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti